İlk olaraq bu evlərə çıxarışlar veriləcək - VACİB AÇIQLAMA

İlk olaraq bu evlərə çıxarışlar veriləcək - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 93

"Yüksək gərginlik xətləri altında, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında və digər riskli ərazilərdə yerləşən tikililər istisna olmaqla, sənədsiz əmlaklara mülkiyyət hüququ verilməsi ölkə iqtisadiyyatı üçün də mühüm əhəmiyyət kəsb edir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə bu istiqamətdə atılacaq addımlar iqtisadi aktivliyin artmasına, daşınmaz əmlak bazarının genişlənməsinə və ümumilikdə iqtisadi münasibətlərin inkişafına ciddi töhfə verə bilər:

"Hazırda sənədsiz əmlaklar nə alqı-satqı predmeti kimi, nə də girov kimi istifadə oluna bilir, həmçinin onların sığortalanması da mümkün deyil. Bu baxımdan, həmin obyektlərin rəsmiləşdirilməsi onların iqtisadi dövriyyəyə daxil olmasına şərait yaradacaq.

Lakin prosesin tam yekunlaşması üçün zaman tələb olunur, çünki eyni vəziyyətdə olan yüz minlərlə əmlak mövcuddur. Bu prosesi sürətləndirməyin əsas yolu isə genişmiqyaslı əmlak amnistiyasının tətbiqidir".

AQC sədri əlavə edib ki, mərhələli yanaşmaya əsasən, ilk növbədə təhlükəli zonalarda yerləşməyən evlər sənədləşdiriləcək:

"Bütün əmlaklara avtomatik çıxarış verilməsi mümkün deyil, çünki bəzi tikililər neft quyularına, magistral yollara və ya digər riskli ərazilərə yaxın yerləşir. Bu kimi hallarda ya köçürülmə həyata keçiriləcək, ya da iqtisadi baxımdan daha məqsədəuyğun variant kimi risk faktorlarının aradan qaldırılması nəzərdən keçiriləcək.

Eyni zamanda, sovet dövrünə aid texniki pasportların, təsərrüfat kitablarından çıxarışların qəbul olunması da sənədləşmə prosesinin sürətlənməsinə mühüm təsir göstərəcək".

Orxan Hüseyn

Son xəbərlər