İlk baxışda aşiq olmaq bioloji olaraq MÜMKÜNDÜR?

"İlk baxışda sevgi" anlayışı uzun illərdir həm romantik ədəbiyyatın, həm də psixoloji tədqiqatların mövzusu olub. Bəs bu, gerçəkdə doğrudanmı mümkündür?
BAKU.WS xəbər verir ki, müasir elmi araşdırmalar bu bəzi şərtlərlə cavab verir.
Harvard, Stanford və Hollandiya Psixologiya Tədqiqatları İnstitutunun apardığı bir neçə nevrobioloji və psixoloji araşdırma göstərib ki, insan beyni bir neçə saniyə ərzində qarşısındakı insan haqqında emosional qərar verə bilir.
Neyrobioloqlar bildirir ki, bir insana ilk dəfə baxanda hipotalamus və beyindəki "mükafat sistemi" sürətlə aktivləşir. Bu zaman dopamin, oksitosin və adrenalin kimi hormonların ifrazı baş verir.
2010-cu ildə Syracuse Universitetinin araşdırmasına görə, sevgi hissi beyində cəmi 0,2 saniyə ərzində yaranır və bəzən bu reaksiya baxış anındaca mümkün olur.
Bununla belə, psixoloqlar "ilk baxışda aşiq olmaq" deyərkən əslində daha çox fiziki cazibə, enerji uyğunluğu və intuisiya ilə qərar vermə proseslərinin baş verdiyini bildirir.
Hollandiya Utrecht Universitetinin tədqiqatçıları bu tip hissin daha çox "ilk baxışda güclü maraq və təsir" olduğunu deyirlər. Romantik sevginin isə zamanla tanımaqla inkişaf etdiyi qeyd olunur.
Psixoloji tipə görə də fərqlilik var. Empati qabiliyyəti yüksək, emosional-intuitiv düşünən insanlar bu tip sevgi reaksiyasına daha tez reaksiya verir.
Əksinə, analitik və məntiq yönümlü insanlar üçün "ilk baxışda sevgi" daha gec və şüurlu şəkildə formalaşır.
Elm "ilk baxışda sevgi"nin bioloji və psixoloji olaraq mümkün olduğunu, lakin bunun romantik bağ deyil, ilkin cazibə və beyindəki kimyəvi reaksiyalarla bağlı olduğunu göstərir.
Yəni birini görən kimi ürəyin döyünməsi, nəfəsin dəyişməsi – əslində beyində başlayan sürətli bir reaksiyanın nəticəsidir.
Oxşar xəbərlər
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, yararlılıq müddəti bitən 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdır...