Yeraltı keçidlər SÖKÜLƏ BİLƏR? - EKSPERT AÇIQLADI

Şəhər daxilində insanların rahat və təhlükəsiz hərəkəti üçün müxtəlif səviyyəli piyada keçidlərindən imtina edilməli, onların yerinə eynisəviyyəli, yəni yerdən keçidlər təşkil olunmalıdır.
BAKU.WS xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlama verib.
Onun sözlərinə görə, hazırda hər hansı keçidin sökülməsi (demontaj) gündəmdə olmasa da, yaxın zamanda mövcud yeraltı və yerüstü keçidlərin yanında zebralı, işıqforla tənzimlənən və təhlükəsizlik adacığı ilə təmin olunan keçidlərin yaradılması vacibdir.
Ekspert bildirib ki, piyadaların qəzaya düşməsi halları məhz qeyri-müəssər keçidlərin yaxınlığında baş verir:
"Piyada hər zaman qısa yolu seçir. Əgər bu qısa və təhlükəsiz yol təmin olunmazsa, o zaman insanlar qaydaları pozaraq təhlükəyə atılır."
Rauf Ağamirzəyev əlavə edib ki, ölkə əhalisinin 37 faizi azmobillidir – yəni uşaqlar, valideynlər, yaşlılar və fiziki məhdudiyyətli şəxslərdir. Bu səbəbdən şəhər mühitinin hamı üçün əlçatan olması zəruridir.
Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkəsində artıq yeraltı keçidlərin təyinatı dəyişdirilərək ticarət obyektləri, velosiped dayanacaqları və ya digər məqsədlər üçün istifadəyə verilir:
"Düşünürəm ki, bizdə də keçidlərin fərqli məqsədlərlə istifadəsi daha məqsədəuyğun olardı."
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili...
