Bakının mərkəzində 6 aydır təhlükə saçan AĞAC: - Rəy verilib, tədbir görən yoxdur

Bu ilin aprel ayında Bakıda əsən güclü külək nəticəsində Ziya Bünyadov prospekti, ev 13V ünvanının qarşısında yerləşən sərv ağacı ciddi zədələnərək qəzalı vəziyyətə düşüb. O gündən bu günə qədər, düz 6 aydır ki, yerli sakinlər təhlükə ilə üz-üzə yaşamağa məcbur qalıblar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məhəllə sakinlərinin dediyinə görə, hadisə baş verdikdən dərhal sonra bütün aidiyyəti qurumlara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Binəqədi Bələdiyyəsinə və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dəfələrlə yazılı və şifahi müraciətlər edilib. Nazirlik tərəfindən ağacın bərpasına dair rəy də verilib. Binəqədi Bələdiyyəsi məsələni aidiyyəti üzrə Yaşıllaşdırma İdarəsinə yönləndirib. Ancaq problem hələ də öz həllini tapmayıb.
Ən təhlükəlisi isə odur ki, həmin ağac 102 və 3 nömrəli məktəblərin yaxınlığında yerləşir. Hər gün yüzlərlə şagird dərsə gedib-gələrkən həmin ağacın altından keçməyə məcbur olur. Şəkillərdən də göründüyü kimi, zədələnmiş ağac zamanla daha da əyilərək artıq elektrik xətlərinə toxunur. Bu isə təkcə aşma təhlükəsi deyil, həm də yanğın riski yaradır.
Sözügedən kadrları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Belə...
