"Yaradıcı insan təvazökarlıq edib istedadını gizlətməməlidir" - Çingiz Abdullayev nələri etiraf etdi?
"Dünyada elə bir qadın yoxdur ki, mən Çingizdən incimişəm desin".
Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan Xalq yazıçısı Çingiz Abdullayev deyib.
O, yaxınlarına, ətrafındakı insanlara qarşı həmişə sadiq olduğunu vurğulayaraq bildirib:
"Bir nəfər də tapılmaz ki, mən ona sadiq dost olmamışam. Həmişə çalışmışam ki, bu dünyadan köçəndə insanlar "Çingiz Abdullayev yaxşı insan idi" desinlər".
Yazmaqdan zövq aldığını deyən Xalq yazıçısı qeyd edib ki, yaradıcı insan təvazökar ola bilməz:
"Özünü yazıçı adlandıran biri demişdi ki, "Çingiz bu qədər kitab yaza bilməz". Bəs bu kitabları mənim yerimə kim yazıb? Mən yazmağı sevirəm və kitablarımın oxunmasını arzulayıram. Yaradıcı insan təvazökarlıq edib istedadını gizlətməməlidir".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var"
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışının qonağı müğənni Amina Şirinqızı olub. O, Qurban bayramı və dini baxışları ilə bağlı fikirlərini bölüşüb. Müğənn...