SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib
Hörmüz boğazında İranın elan etdiyi qaydaları pozan və Tehranın icazə vermədiyi marşrutla hərəkət edən neft tankerində yanğın baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH bəyan edib ki, neft tankeri izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərq hüdudlarındakı qadağan olunmuş ərazidən keçməyə cəhd edirdi.
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
Oxşar xəbərlər
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
Oktyabrın 15-də Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, dünyanın müxtəlif ölk...