Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI
Azərbaycan istehsalı olan yumurtalar xarici bazarlara da çıxarılır. Yerli istehsalın daxili tələbatla yanaşı ixraca yönəldilməsi quşçuluq təsərrüfatlarının fəaliyyəti və ölkənin ərzaq məhsulları üzrə ticarət əlaqələri baxımından əhəmiyyət daşıyır.
Bəs Azərbaycan ay ərzində nə qədər yumurta ixrac edir və məhsullar əsasən hansı bazarlara göndərilir?
BAKU.WS xəbər verir ki, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli yumurta ixracının həcmi barədə məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən iki əsas fabrik xarici ölkələrə yumurta ixrac edir:
"Bu müəssisələrin həftəlik ixrac həcmi təxminən 1,5 milyon ədəd təşkil edir. Aylıq ixracın həcmi təxminən 12 milyon yumurtaya çatır.
Azərbaycan istehsalı olan yumurtalar əsasən Yaxın Şərq ölkələrinə göndərilir. Həmçinin qış aylarında ABŞ-yə də ixrac həyata keçirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı
İdmanla məşğul olan insanlar arasında yayılan fikirlərdən biri də məşqlər dayandırıldıqda əzələlərin piyə çevrilməsidir. Lakin mütəxəssislər bunun elmi əsası ol...