Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var"

Amina: Hər bir dində müəyyən dərəcədə narsizm var
Video
Digər 15

Baku TV-nin "Amin" verilişinin yeni buraxılışının qonağı müğənni Amina Şirinqızı olub.

O, Qurban bayramı və dini baxışları ilə bağlı fikirlərini bölüşüb.

Müğənni Qurban bayramını qeyd etmədiyini bildirib.

"Qurban insanın nəfsindən pay verməsidir. Vaxtilə əti çox sevsəm də, ondan imtina etdim. Əsas odur ki, kimliyindən asılı olmayaraq, heç kəsin əqidəsi mühakimə olunmasın. Fikrimcə, günahsız heyvanı kəsərək günahları kompensasiya etməyə çalışmaq yanlışdır", - deyə o bildirib.

Amina dini baxışlarda özünü üstün tutmaq meylindən də danışıb:

"Hər bir dində müəyyən dərəcədə narsizm var və bu, bizim eqomuzdan irəli gəlir. İnsanlar "mənim olan daha gözəldir, daha üstündür" kimi düşüncələrə qapılırlar. Sanki Yaradan yalnız onları sevir, digərlərini isə sevmir. Bu, tamamilə eqoist düşüncə tərzidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər