ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb
Oktyabrın 9-na olan vəziyyətə görə ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 8,6 milyon barel azalaraq 415,6 milyon barel təşkil edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, ehtiyatların hazırkı həcmi ilin bu vaxtı üçün son beş ilin orta göstəricisindən 3 % aşağıdır.
Məlumatların dərci fonunda neft qiymətləri artım nümayiş etdirib. Bakı vaxtı ilə saat 20:25-ə olan vəziyyətə görə, Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,11 % artaraq bir barel üçün 106,18 dollara çatıb.
WTI markalı neftin noyabr fyuçersləri 3,37 % bahalaşaraq bir barel üçün 98,29 dollara çatıb.
Oxşar xəbərlər
Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb
Bərpaolunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının (GES) tikintisinə icazə alınması müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, bu barədə B...