Bundan gündə 4 stəkan içmək xolestrini azaldır

Bundan gündə 4 stəkan içmək xolestrini azaldır
Sosial 311

Amerikada aparılan araşdırmalara görə gündə 4 stəkan çay içmək bədəndə xolestrini azaldır.

BAKU.WS xəbər verir ki, bununla yanaşı təzyiqi aşağı salır, və şəkərli diabet riskini azaldır

"Çayın ürək üçün faydaları çoxdan məlumdur. Lakin yeni araşdırmalar bu faydaların nə qədər güclü olduğunu bir daha təsdiqləyir".

"Frontiers in Nutrition" adlı jurnalda çayın tərkibindəki liflərin ürək sağlamlığına müsbət təsir etdiyi bildirilib.

Əhəmiyyətli bir araşdırma göstərdi ki, gündə bir-dörd fincan çay içmək qan təzyiqini də aşağı salır.

Qara çay, yüksək homosistein səviyyəsi kimi ürək xəstəliyi risk faktorları olan şəxslərdə xüsusilə təsirli olmuşdur. Çayın tərkibindəki flavonoidlərin də xolesterin aşağı salıcı təsiri olduğu aşkarlanıb.

"Mirror"da yer alan məlumata əsasən, çayın qan şəkəri səviyyəsini yaxşılaşdırdığını və insulinin idarə olunmasını dəstəklədiyini ortaya çıxıb. Bu, diabet və ürək xəstəlikləri arasındakı əlaqəni nəzərə alaraq əhəmiyyətli bir məlumatdır.

Tədqiqatın nəticələri də ictimai məlumatlılığın aşağı səviyyədə olduğunu üzə çıxarıb. 1000 insan arasında aparılan sorğuya görə, iştirakçıların dörddə üçü ürək sağlamlığına əhəmiyyət verir, yalnız üçdə biri çayın faydalı ola biləcəyinə inanır.

"Ürəyi qorumaq üçün belə sadə bir üsula göz yumuruq. Gündə üç-dörd fincan çay bədəndə və damar sistemində iltihabı və stressi azaltmağa kömək edən 400-600 mq flavan-3-ols təmin edir" - deyə mütəxəssislər bildirib.

Son xəbərlər