İlin ilk Günəş tutulması 18:27-də yekunlaşacaq
Bu gün ilin ilk Günəş tutulması baş verib və hadisə saat 18:27-də başa çatacaq.
BAKU.WS Şamaxı Astrofizika Rəsədxanasının məlumatına istinadən xəbər verir ki, tutulmanın maksimum mərhələsi saat 16:12-yə təsadüf edir.
Astronomik hadisə əsasən Antarktida üzərində müşahidə olunur. Eyni zamanda Argentina, Çili, Cənubi Afrika Respublikası, Madaqaskar, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Botsvana, Malavi, Zambiya, Mavriki, Reyunion, Lesoto, Cənubi Corciya və Cənubi Sendviç adaları da daxil olmaqla bir sıra ölkələrdə də görünür.
Xatırladaq ki, Günəş tutulması Ayın Yer ilə Günəş arasına daxil olması nəticəsində baş verir. Bu zaman Ay Günəş şüalarının Yerə çatmasını qismən və ya tam şəkildə məhdudlaşdırır və Yer səthinin müəyyən hissəsində kölgə yaranır. Günəş tutulması yalnız yeni Ay fazasında mümkün olur.
Oxşar xəbərlər
Satışda olan məhsullar istehlakı tam ödəmir: Balıq istehsalının artımı üçün HƏRƏKƏTƏ KEÇİLDİ
Ölkəmizin balıq bazarında mövsümi məhdudiyyətlərin tətbiqinə baxmayaraq, müxtəlif növ balıqların satışı davam edir. Hazırda bazarlarda satışa çıxarılan balıqlar...