III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunacaq və iyulun 21-dək davam edəcək.
İştirakçılar arasında 30-dan çox ölkənin aparıcı informasiya agentliklərinin, 7 beynəlxalq təşkilatın, həmçinin təxminən 80 müxtəlif media qurumunun nümayəndələri var.
Forum media sahəsində qlobal çağırışların müzakirəsi, təcrübə mübadiləsi, yeni peşəkar əlaqələrin qurulması və informasiya əməkdaşlığı sahəsində birgə təşəbbüslərin hazırlanması üçün mühüm platforma olacaq.
Oxşar xəbərlər
Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib
2026-cı il yanvarın 1-dən avqust 15-ə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna...