I Qarabağ müharibəsinin şəhidi Ələkbər Babayev dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlunun meyitinin qalıqları dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Maştağa qəsəbəsi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** 11:10
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlu ilə vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimi şəhidin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən evində baş tutub.
Vida mərasimində şəhidin doğmaları, Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1992-ci il noyabrın 11-də Ağdərə rayonunda itkin düşən Babayev Ələkbərin meyitinin qalıqları Tərtər şəhər məzarlığında aşkarlanıb.
Qalereya

Oxşar xəbərlər
Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb, 550 küçə yuyulub
Aprelin 19-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt...