I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir.
Fevralın 7-də hərbçilər Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...