Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq

Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq
Foto
Sosial 48

Son illər peşəkar, savadlı hüquqşünaslara tələbat yalnız dövlət qurumlarında deyil, həm də özəl sektorda, beynəlxalq və transmilli şirkətlərdə artıb. Hüquq məzunlarının sayı ilə əmək bazarındakı vəziyyət isə ziddiyyət təşkil edir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

- Azərbaycanda hüquq təhsili illərdir ki, ən çox seçilən ixtisaslardan biridir. Hər il yüzlərlə gənc hüquqşünas olmaq arzusu ilə universitetlərə qəbul olur, minlərlə məzun diplom alaraq əmək bazarına çıxır. Bununla belə, ədliyyə naziri Fərid Əhmədov bildirib ki, ölkədə hüquqşünas çatışmazlığı mövcuddur və hüquq təhsilinin keyfiyyətindəki çatışmazlıqlar gələcəkdə ədalət mühakiməsində ciddi boşluqlar yarada bilər.

Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq

"Hazırda təhsil müəssisələrimizdən hər il 1 400 nəfər hüquq məzunu olur. Bunlardan 600-ü ixtisaslaşmış təhsil müəssisələri tərəfindən hazırlanır. Əmək bazarına daxil olan hüquqşünasların sayı isə azdır. Azərbaycanda hər 100 min adama 28 vəkil düşür. Əmək bazarına kifayət qədər hüquqşünas buraxa bilmirik", - deyə nazir əlavə edib.

Lakin məsələ ondadır ki, bu gün ölkədə hüquq təhsili almış minlərlə gənc iş tapa bilmədiyini, əmək bazarında hüquq sahəsinin artıq dolu olduğunu deyir. Belə olan halda sual yaranır: Azərbaycanda həqiqətən hüquqşünas qıtlığı var, yoxsa hüquq təhsili alanların keyfiyyət problemi mövcuddur?

Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq

Kadr çox, praktik biliklər az

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda hüquq sahəsi üzrə təhsil verən həm dövlət, həm də xüsusi ali təhsil müəssisələri mövcuddur:

"Dövlət universitetləri ilə yanaşı, Polis Akademiyası və Dövlət Təhlükəsizlik Xidməti Akademiyası da birbaşa hüquqşünaslıq ixtisası üzrə təhsil verir. Məsələn, təkcə Polis Akademiyasına hər il təxminən 500 abituriyent qəbul olunur".

Ekspert hesab edib ki, hazırda əmək bazarında hüquqşünas qıtlığı yoxdur:

"Əksinə, kifayət qədər hüquq ixtisası bitirən gənclərin əmək bazarına qoşula bilməməsi faktı ilə üzləşirik. Əlbəttə, müəyyən sahələrdə, məsələn, ədliyyə və ya prokurorluq orqanlarında kadr çatışmazlığı ola bilər. Amma ümumi əmək bazarında hüquqşünas çatışmazlığı yoxdur. Minlərlə hüquqşünas hazırda iş imkanları üçün səy göstərir və yeni məzunları da nəzərə alsaq, bu rəqəm daha da artacaq".

R.Nurəliyev onu da əlavə edib ki, bəzi məzunlar magistraturaya yönəlir və ya əməkhaqqı yüksək olduğundan dövlət əvəzinə özəl sektorda çalışmağa üstünlük verirlər.

Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq

Mütəxəssis bu sahəni bitirən gənclərdə praktiki biliklərin çatışmazlığına da diqqət çəkib. O bildirib ki, universitetlərdə daha çox nəzəri bilik verilir, praktiki bacarıqlar isə aşağı səviyyədədir. Praktika isə hüquq sahəsində çox önəmlidir.

Strukturda problemlər var

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, Azərbaycanda hüquq təhsili sahəsində illik məzun göstəriciləri yüksək olsa da, əmək bazarında praktik hüquqşünas çatışmazlığı müşahidə edilir. Onun sözlərinə görə, bu, təhsil, təcrübə və əmək bazarını əhatə edən zəncirdəki institusional qırılmanın nəticəsidir:

"Mövcud vəziyyət göstərir ki, hüquq diplomu alan şəxslərin əhəmiyyətli hissəsi normativ biliklərə yiyələnsə də, praktik hüquqi fəaliyyət üçün zəruri bacarıqlara malik deyillər. Onlar hüquqi sənəd hazırlaya, analitik mövqe formalaşdıra bilmir, prosessual strategiyanı hazırlamaqda və hüquqi riskləri qiymətləndirməkdə çətinlik çəkirlər. Bütün bunlar isə formal kadr bolluğu fonunda real, peşəkar kadr çatışmazlığı yaradır.

Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq

Eyni zamanda, əmək bazarında müşahidə edilən işsizlik bu qıtlığı təkzib etmir. Əksinə, bu, bazarın işə hazır hüquqşünas tələbi ilə məzunların real hazırlıq səviyyəsi arasındakı uyğunsuzluğu ortaya qoyur. Coğrafi paylanma problemi, institusional giriş baryerləri, əlçatanlıq və reputasiya əsaslı seçim mexanizmləri bu uyğunsuzluğu daha da dərinləşdirir.

Ümumilikdə, hüquq sahəsində aparılacaq islahatlar məzun sayının artırılmasına deyil, təhsilin praktikyönümlü transformasiyasına və bazarla funksional inteqrasiyasına yönəlməlidir".

Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq

Prestij üçün hüququ seçənlər yanılırlar

İnsan resursları üzrə mütəxəssis İlkin Mirzəzadə hesab edir ki, bəzən gənclər prestij məqsədilə hüquq fakültəsini seçirlər:

"Sonradan görürlər ki, sahənin incəlikləri çox çətindir və başqa sahələrə yönəlirlər. Hüquqşünaslıq ixtisasını bitirənlərin bəziləri öz sahəsi üzrə işləmir. Bu, birinci məsələdir. İkinci məsələ isə məhkəmələrin strukturundan irəli gəlir. Bizim məhkəmələrimiz daha çox fərdiləşib. Misal üçün ailə-məişət müstəvisinə, boşanma kimi mövzulara fokuslanıb. Bu istiqaməti hər kəs sevməyə bilər. Hüquqşünas var ki, kommersiya hüququnu sevir və bu sahədə işləmək istəyir, amma imkan məhduddur. Bizdə çoxşaxəlilik yoxdur, ixtisaslaşma dar olduğu üçün kadrların sahə üzrə seçim imkanı məhduddur".

Mütəxəssisin sözlərinə görə, bu sahədəki kadr boşluğunu aradan qaldırmaq üçün kompleks tədbirlər tələb olunur:

"Ən əsası tənzimləmə olmalıdır. Hazırda bu sahəni bitirənlərin əksəriyyəti hüquqşünas və vəkil olmaqdan daha çox dövlət orqanları, prokurorluq orqanlarında işləməyə meyl göstərirlər. Bu səbəbdən boşluqlar yaranır. Məzunların sayı ölkə əhalisinin sayına görə normaldır, sadəcə parçalanmanın qarşısı alınmalıdır".

Hüquqşünaslarla bağlı HAÇALANAN MÖVQELƏR - Formal bolluq, real çatışmazlıq

Peşəkar hüquqçulara tələbat artır

Təhsil eksperti Elçin Süleymanovun fikrincə, son illər peşəkar hüquqşünaslara tələbat həm dövlət qurumlarında, həm özəl sektorda, həm də beynəlxalq və transmilli şirkətlərdə artıb. Keyfiyyətli, xarici dil bacarığı olan hüquqşünaslar özəl sektoru dövlət sektoruna alternativ kimi görə bilirlər.

E.Süleymanov bildirib ki, həm ölkədaxili, həm də xaricdə hüquq təhsili almaq bu şəxslərə yaxşı iş imkanları yaradır. Lakin hüquqçu mütləq özünü inkişaf etdirməlidir:

"Əgər vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyirsə, müvafiq imtahanları keçib vəkillik sertifikatı almalıdır. Beynəlxalq hüquqla bağlı müxtəlif sertifikatlar əldə etməli, dil biliklərini inkişaf etdirməlidir. Cəmiyyət sürətlə inkişaf edir və ictimai, dövlət, biznes sektoru daha hazırlıqlı, hərtərəfli hüquq kadrları tələb edir".

Son xəbərlər