Uraloğlu Zəngəzur dəhlizinin önəmindən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çindən gələn yüklər Xəzər dənizi vasitəsilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya daşınır, Zəngəzur dəhlizi isə bu marşruta alternativ olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Gürcüstan vasitəsilə daşınmaların həcmi o qədər də böyük deyil, buna görə də Zəngəzur dəhlizini alternativ yol hesab edirik", - o bildirib.
"Bu dəhliz Xəzər dənizi vasitəsilə Şərqə uzanacaq, koridorun istifadəyə verilməsi istiqamətində iş görürük. Bu dəhlizin Türkiyə hissəsi 224 kilometrdir və 2025-ci ildə təməli qoyulub", - nazir qeyd edib.
Uraloğlu bildirib ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı işləri tamamlamağa yaxındır:
"Naxçıvanda da işin əsas hissəsi yekunlaşıb. Bütün işlər tamamlanandan sonra Çindən Avropaya uzanan Orta Dəhliz Bakı-Tbilisi-Qars xətti və Zəngəzur dəhlizi vasitəsilə təmin olunacaq".
O qeyd edib ki, bu dəhliz iqtisadi səmərəsi ilə yanaşı, Orta Asiya, Türk Dünyasına qısa yol baxımından da önəmlidir.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...