Körpü dağıldı, kənd iki yerə bölündü: "Balalarımı su aparıb"
Martın 29-da yağan leysan yağışlar Quba rayonu ərazisində bir sıra ciddi fəsadlara səbəb olub.
Rayonun Xanəgah kəndində Cağacıq çayında yaranan sel suları körpünü yararsız vəziyyətə salıb. Nəticədə kəndin bir hissəsi ilə əlaqə tamamilə kəsilib.
Kənd sakinlərindən biri baş verən faciəni Baku TV-yə belə ifadə edib:
"Mənim balalarımı su aparıb - bir qız, bir oğlan. Bu hadisə mənim başıma gəlib, arzulamıram ki, başqa bir ana da bunu yaşasın. Bizə körpü lazımdır".
Digər sakin isə bildirib:
"Bu, ilk dəfə deyil. İki məktəbli uşaq faciəli şəkildə sel sularına düşərək həyatını itirib. Xahiş edirik ki, aidiyyəti qurumlar bizi nəzərə alsın. Belə olmaz. Heç olmasa, o tərəfdə də keçid qoyulmalıdır ki, su rahat axıb keçsin. Bu su buraya sığmır. Avtomobil yolu tamamilə bağlanıb".
Oxşar xəbərlər
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr ilk oxunuşda qəbul edilib
Milli Məclis Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələri ilk oxunuşda...