"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
Zalın tam dolmasına baxmayaraq, qonaqların axını davam edib. Yaranmış sıxlıq səbəbindən Filarmoniyanın əməkdaşları sonradan gələn qonaqların girişini məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Bu mənzərə yazıçı və şairə olan sevgi və hörmətin bariz təzahürü kimi qiymətləndirilir.
Yubiley tədbirində Baku TV-yə açıqlama verən Seyran Səxavət qapı arxasında qalan qonaqlara xüsusi təşəkkürünü bildirib.
"Ürəyim həm bu zaldakıların, həm də qapı arxasında qalanların hamısını özünə sığdırır. Görünür, bu zal mənim ürəyimdən bir az balacadır. Çöldə qalanlar bizi üzrlü saysınlar. Mən onlara demişdim ki, bir az tez gəlsinlər. Çünki buraya giriş biletlə deyil, dəvətnamə ilə idi. Buna baxmayaraq, özümü çox yaxşı hiss edirəm. Çöldə qalanların da nə vaxtsa xəcalətindən çıxarıq", - deyə o bildirib.
Oxşar xəbərlər
Bu gün Zəhra Quliyevanın anım günüdür
2017-ci ilin iyul ayında baş verən erməni təxribatına qurban gedən Zəhranın bu gün anım günüdür. Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsind...