Hərbi xidmətə yararsız olanlar müalicə olunacaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Əli Əsədovun imzaladığı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə dəyişikliklərə əsasən, çağırış yaşlı gənc "hərbi xidmətə müvəqqəti yararsız" hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək.
Bu istiqamətdə prosedurların necə olacağı suallar doğurur.
BAKU.WS xəbər verir ki, modern.az-a açqılamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə dəyişikliklər ilk növbədə Azərbaycan gənclərinin sağlamlığının təmin olunması istiqamətində atılan müsbət addım kimi dəyərləndirilir:
"Bu, həm də bəzi çağırışçıların hərbi xidmətdən müxtəlif xəstəliklər adı altında uzun müddət yayınmasının qarşısını alacaq. İlkin müayinə zamanı aşkar olunan xəstəliklər mütləq qaydada müalicə olunacaq. Müalicədən sonra gənclərimiz vətənin keşiyində durmaq üçün orduya göndəriləcək və onlar da öz vətəndaşlıq borclarını yerinə yetirmiş olacaqlar".
Ekspert vurğulayıb ki, bu qərar gənclərimizin sağlamlıq əldə etməsi ilə yanaşı, həm də ordumuzun daha yüksək dərəcədə komplektləşdirilməsinə gətirib çıxaracaq.
Oxşar xəbərlər
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid ailələ...