Həkim olmaq istəyənlər üçün təhsilhaqqı artırılıb - 6500 manat...

14
avq
2025
16:22
Yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində "Tibb" ixtisasının illik təhsilhaqqı artırılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent 4" jurnalında məlumat verilib.
Belə ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib.
Bununla belə, "Tibb" ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb.
Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.

Oxşar xəbərlər
Məktəblərdə nə baş verir? - Valideynlər diqqətli olmalıdır
Son illərdə məktəblərdə bullinq halları artıb. Mütəxəssislər isə bunu müxtəlif səbəblərlə izah edirlər. Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin p...
