Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb.
BAKU.WS xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 fazidən çox dolub.
Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.
Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Oxşar xəbərlər
İçərişəhər qala divarında aşınmanın səbəbi yağıntılardır - RƏSMİ AÇIQLAMA
Bakının tarixi mərkəzi olan İçərişəhər ərazisində yerləşən qala divarının bir hissəsində səhər saatlarında aşınma qeydə alınıb. Hadisənin atmosfer yağıntıları v...