Hədiyyəli aksiya elan olunur!
01
iyn
2018
16:57
Daim müştəri məmnuniyyətini düşünən Expressbank bu dəfə Mastercard ilə birgə növbəti aksiya keçirir! Aksiya çərçivəsində, Gənclik Mall və N. Rəfiyev küç. 29 ünvanında yerləşən “Bravo” hipermarketlərində bankın plastik kartları ilə ödəniş etmək ikiqat sərfəlidir.Belə ki, İyun ayı ərzində Expressbank-ın istənilən Mastercard kartları ilə minimum 40 AZN ödəniş edən müştərilər müxtəlif hədiyyələrə sahib olacaqlar. Ödəniş qəbzini həmin gün marketin Müştəri Xidmətləri masasına təqdim etməklə hədiyyələrdən birini əldə edin. Amma bu son deyil, Expressbank-ın plastik kart sahibləri ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsilə xərclənən vəsaitin 0,3% hissəsini karta geri aldıqları üçün alış-veriş onlar üçün daha sərfəli olacaq.Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.Bank xidmətləri barəsində ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Oxşar xəbərlər
Sərfəli bank kartları necə olmalı?
Expressbank daim öz müştərilərinin qazanc və qənaət imkanlarının artırılması haqqında düşünür. Göstərilən xidmətlərin ilk növbədə müştəri üçün sərfəli olması Ex...