Əhaliyə şad xəbər: Bakıda ucuz evlərin tikiləcəyi yer bəlli oldu (ÜNVAN)
02
noy
2016
15:39
Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) artıq ilk layihəsinin icrasına başlayıb. Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, "MİDA” MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.
Qeyd edək ki, həmin yaşayış kompleksi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə salınır.
BAKU.WS
Oxşar xəbərlər
Bakının bu ərazisində 2 min ucuz ev tikiləcək
"Gələcəkdə zərurət yarandıqda ərazidə yerləşən evlər söküləcək, sənədsiz evlər də daxil olmaqla, mənzil sahiblərinə kompensasiyalar ödəniləcək”. Bakıda "Qanlı...