Əhaliyə ŞAD XƏBƏR! 120 manata istənilən xəstəxanada müalicə mümkün olacaq - VİDEO
04
sen
2018
09:29
Yaxın beş ildə tibbi xidmətlər əhali üçün daha əlçatan olacaq. Yaşından, peşəsindən, işlədiyi yerdən və şəraitdən asılı olmayaraq, hər kəs icbari tibbi sığorta hesabına öz səhhətinin qayğısına qala biləcək.BAKU.WS xezerxeber-ə istinadən xəbər verir ki, artıq icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği də müəyyənləşib. Vətəndaşlar illik 120 manat ödəməklə bu sığorta növündən faydalanmaq imkanı qazanacaqlar. Ödənişin hissə-hissə edilməsi üçün də şərait yaradıla bilər.İcbari tibbi sığorta ölkə ərazisində mərhələli şəkildə tətbiq ediləcək. Vahid sığorta haqqı müəyyənləşdirilsə də, bəzi kateqoriyadan olan şəxslər ödənişdən azad olacaqlar.İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməyəcək. Əksər xarici ölkələrdə olduğu kimi, bizdə də plastik əməliyyatlar icbari tibbi sığorta paketinə daxil olmayacaq. Qeyd edək ki, hazırda icbari tibbi sığorta pilot layihə kimi Mingəçevir, Yevlax və Ağdaş rayonlarını əhatə edir.BAKU.WS
Oxşar xəbərlər
İcbari tibbi sığortanın qiyməti açıqlanıb
Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta xidmətləri almaq üçün sığorta haqlarının təxmini məbləğini...