"Haber Global" Laçında keçirilən ECO Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb
Türkiyənin "Haber Global" telekanalı Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, süjetdə tədbirə marağın böyük olduğu bildirilib.
Qeyd olunub ki, forum çərçivəsində fərqli müzakirələrə həsr olunan müxtəlif panellər təşkil olunur.
"Tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan, Türkmənistandan olan nazir müavinləri, deputatlar və digər rəsmilər qatılıb", - deyə vurğulanıb.
Videomaterialda həmçinin forumun şəhərləşmə, iqlim dəyişikliyi və digər bu kimi məsələlərdə qadınların roluna diqqət çəkməsi məqsədi daşıdığı da əlavə olunub.
Laçından birbaşa efirə qoşulan "Haber Global"ın əməkdaşı ECO-nun Qadınlar Forumunun ilk dəfə keçirildiyini də xüsusilə vurğulayıb.
Oxşar xəbərlər
FHN "Bilgəh Kardioloji Sanatoriyasın"da təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində fəaliyyət göstərən Bilgəh Kardioloji...