Güclü maqnit qasırğası olacaq - BU TARİXDƏN...

Güclü maqnit qasırğası olacaq - BU TARİXDƏN...
Sosial 150

24 yanvarda Günəşdə baş vermiş M sinifli alışmanın müşayiət etdiyi plazma buludunun Yerə çırpılması səbəbilə maqnit qasırğası gözlənilir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

"Alışma orta səviyyədə olduğuna görə, buludun sürəti nisbətən aşağıdır - təxminən 500 km/s. Sürətin aşağı olması nəticəsində hesablamalara əsasən, buludun Yerə çatması bir qədər gecikəcək. İlkin proqnozlara görə, cümə günü, günün ikinci yarısında gözlənilir"-deyə məlumatda qeyd olunur.

Bildirilib ki, maqnit qasırğası proqnozu kifayət qədər ziddiyyətlidir. Bununla belə, əsas ssenariyə görə, qasırğa beş səviyyəli monitorinq şkalasına əsasən G2 səviyyəsində olacaq. Bundan əlavə, qütb parıltılarının müşahidə olunma ehtimalı da var.

Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Hər növbəti sinfə keçdikdə şüalanma gücü on dəfə artır.

Son xəbərlər