Göygöldə qanunsuz tikintinin qarşısı alındı
Göygöl rayonunun Firuzabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikili sökülüb.
BAKU.WS xəbər verir ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Avtomobillər səkini ZƏBT ETDİ - piyadalar çətinlik çəkirlər
Bakıda səkinin nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi ilə bağlı şikayət daxil olub. BAKU.WS-in "qaynar xətt"inə ünvanlanan müraciətdə qeyd olunur ki, Əbd...