Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
07
apr
2025
09:07
Goranboy rayonunun Qazanbulaq qəsəbəsi qaz borusunda yaranan sızma səbəbindən qazsız qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən axşam saatlarından qəsəbədə olan 189 abonentə təbii qazın verilməsində fasilə yaranıb.
Buna səbəb Borsunlu kəndində tullantıların toplanan ərazidə baş verən yanğın nəticəsində, 110 mm-lik polietilen boruda yaranan qaz sızması olub.
Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Oxşar xəbərlər
Qaza həsrət qalan kənd sakinləri
İsmayıllı rayonunun Bəhliyan kənd sakinləri ərazidə təbii qazın olmamasından şikayətçidirlər. Mavi yanacağın yoxluğu, xüsusilə, qış aylarında ciddi çətinliklər...