Gənclər və İdman Nazirliyində maliyyə pozuntuları açkarlanıb

12
may
2018
16:44
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə nöqsanları aşkarlanıb.BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Hesablama Palatasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabatda öz əksini tapıb. Ötən il aparılan yoxlamalar nəticəsində aşkar olunub ki, nazirlikdə əməkhaqqının ödənilməsi üzrə 10 433,6, ezamiyyə xərcləri üzrə 49,6, satınalmalar üzrə 13 475, tədbirlərin keçirilməsi üzrə 48 379,7, digər xərclər üzrə 35 696,6 və vergi, rüsum, və s. ödəmələr üzrə 323,6 olmaqla, ümumilikdə 108 358,1 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə bərpa etdirilib.BAKU.WS
Oxşar xəbərlər
Pensiyalarla bağlı qanunsuzluq aşkarlandı - 300 min manat
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi məqs...
