Generalın beş milyonluq cinayətdə ittiham olunan oğlu ilə bağlı YENİ QƏRAR
Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun beş milyonluq siqaret qaçaqmalçılığı cinayətində ittiham olunan oğlu Fərid Usubov hakim qarşısına çıxarılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, prokuror təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.
Binəqədi Rayon Məhkəməsi ibtidai istintaqın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq təqdimatı təmin edib.
Qərara əsasən, Fərid Usubovun həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, F.Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində işləyib.
O, 2 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — "Kristal"ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə
"Kristal" tikinti şirkətinin Müşahidə Şurasının sədri, tanınmış azərbaycanlı sahibkar Mahayət Nəbiyev "Haqqın.az" saytına müsahibə verib. BAKU.WS həmin müsahibə...