Gəlin-qayınana münasibətlərində "yenilik" və ya "müasir" ailə dəyərləri
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki buraxılışının qəhrəmanı Biləsuvar sakini Minəxanım İbrahimova olub.
O, gəlin-qayınana münasibətlərindən söz açıb.
Minəxanım İbrahimova bildirib ki, keçmişdə gəlinlər qayınata və qayınanaya böyük ehtiram göstərər, ailə dəyərlərinə ciddi yanaşardılar.
Biləsuvar sakini öz ailə təcrübəsindən danışaraq, qayınanasına hər zaman hörmət etdiyini və onu doğma anası kimi qəbul etdiyini deyib:
"Mən qayınanamın ətrafında pərvanə kimi fırlanırdım. İndi isə elə gəlinlər var ki, qayınana ilə boğuşur, hətta camaatın içində onun üstünə cumurlar. Bu, doğru deyil. Dili 8 metr olan gəlin kimə lazımdır?!".
Minəxanım İbrahimovanın sözlərinə görə, ailədə sülh və anlaşmanın qorunması üçün səbirli olmaq, yaşlı nəslə hörmət etmək vacibdir.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu
27 yaşlı İlkin İsgəndərli 2024-cü ildə tələbə yoldaşının toyuna qatılmaq üçün Ağdaş rayonuna gedib. Lakin o, toy mərasimindən sonra evinə qayıtmayıb. BAKU.WS Ba...