Gecə klubundakı partlayışda xəsarət alanlardan 3-ü evə buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə klubundakı partlayış zamanı yaralanaraq ilkin tibbi xidmətdən sonra evə buraxılanlardan əlavə, stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicəyə ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.
Bununla da, gün ərzində stasionar müalicəyə qəbul olunub ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.
Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...