Füzulidə qısa müddətdə böyük uğurlar qazanan təhsil ocağı
Baku TV Füzulidə Mirzə Uluqbəy adına bir nömrəli tam orta məktəbdən reportaj hazırlayıb.
BAKU.WS xəbər verir ki, hazırda məktəbdə 644 şagird təhsil alır, 39 müəllim isə pedaqoji fəaliyyət göstərir.
Qeyd edək ki, "Böyük Qayıdış" Proqramı çərçivəsində gələcəkdə həm şagirdlərin, həm də müəllimlərin sayının artması gözlənilir. Məktəbin bu günə qədər ümumilikdə 30-dan çox məzunu olub. Onların böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul olunub.
Məktəbin direktoru Həcər Mahmudova bildirib ki, bu təhsil ocağı azad edilmiş torpaqlarda yenidən dirçələn təhsilin simvoludur:
"Biz də burada yetişən gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda yüksək akademik biliklərə malik olmaları üçün var gücümüzlə çalışırıq. Son 3 il ərzində kollektivimiz müəyyən uğurlara imza atıb. Məzunlarımız ali məktəblərə qəbul olunub, eyni zamanda müxtəlif fənlər üzrə bilik müsabiqələri və yarışlarda qalib olublar".
Məktəbin şagirdi Zəhra Xudiyeva isə doğma yurda qayıtmağın sevincini bölüşüb:
"Mən bura qayıtdığıma görə çox xoşbəxtəm. Bu məktəbdəki şərait digəri ilə müqayisədə daha yaxşıdır. Çünki burada laboratoriyalar, fizika və biologiya otaqları daha maraqlıdır".
Oxşar xəbərlər
Bakıda bu yollarda tıxac var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...