Füzuli Hava Limanına beynəlxalq status verilib

Füzuli Hava Limanına beynəlxalq status verilib
Sosial 126

Füzuli Hava Limanına beynəlxalq status verilib.

BAKU.WS xəbər verir ki, bu haqda Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən:

1. Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Füzuli Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər