Eyni mənzilin bir neçə nəfərə satmaq mümkün olmayacaq

Eyni mənzilin bir neçə nəfərə satmaq mümkün olmayacaq
Sosial 1520
Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.Mənzil satışı zamanı bir çox problemlərin yarandığını deyən Ə.Hüseynli bu qanuna dəyişiklik bu problemlərin həllini nəzərdə tutur.Qanun layihəsinə əsasən Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün tam yeni bir mexanizm yaradılacaq.Layihə daşınmaz əmlaka sərəncam verilməsi və daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, notariusla daşınmaz əmlakın dövlət reyestri arasında əlaqələrin elektron informasiya sistemləri vasitəsilə daha çevik qurulması, eləcə də tikilməkdə olan (tikintisi başa çatmayan) binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanıb.Layihəyə əsasən yeni mexanizmin əsas hissəsi mənzillərin vətəndaşlara satılmasına qədər olan prosedurlardan ibarətdir.Layihədə Mülki Məcəllənin 144-cü (Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi) maddəsinin 144.2-1-ci bəndi yeni redaksiyada verilir. Bəndə əsasən, sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” qanuna uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin edilməlidir.144.3-cü bəndə görə notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.Mülki Məcəllənin 144.5-cü bəndi də yeni redaksiyada verilir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.Sənəddə qeyd olunub ki, Azərbaycanda tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməyəcək.Layihəyə əsasən, bu zaman ödəmələr müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, bu Məcəlləyə əlavə edilmiş 770-1-ci maddədə nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Başqa sözlə, layihənin 770-1-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər:- 770-1.1.1. Bu Məcəllənin 144-1.4-cü (Bölünmə planına əsasən, mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu məcəllənin 147-ci (Torpaq sahəsinə bağlı təminat qeydi) maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır) maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilibsə;- 770-1.1.2. Daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılıbsa;- 770-1.2. Bu məcəllədə müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir;- 770-1.3. Müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər;- 770-1.3.1. torpaq-qazma işlərinin başlanılmasından sonra-müqavilə məbləğinin 30 faizi;- 770-1.3.2. tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra-müqavilə məbləğinin 10 faizi;- 770-1.3.3. dam səthlərinin və navalçalarının (novların) qurulması işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 8 faizi;- 770-1.3.4. istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi;- 770-1.3.5. su xətlərinin çəkilməsi başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi;- 770-1.3.6. elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra-mqavilə məbləğinin 3 faizi;- 770-1.3.7. pəncələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi;- 770-1.3.8. daxili suvaq işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 6 faizi;- 770-1.3.9. birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra-müqavilə məbləğinin 3 faizi;- 770-1.3.10. fasad işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi;- 770-1.3.11 su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra-müqavilə məbləğinin 9 faizi;- 770-1.3.12. bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra-müqavilə məbləğinin 5 faizi;- 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.Layihə səsə qoyularaq qəbul edilib.APABAKU.WS

Oxşar xəbərlər

Tikintisi başa çatmayan binadan mənzil almaq üçün yeni ödəniş qaydaları

Tikintisi başa çatmayan binadan mənzil almaq üçün yeni ödəniş qaydaları

Azərbaycanda tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyul...

2687 Sosial 18:41 08 dekabr 2017

Son xəbərlər