Fuad Nağıyevdən Aparat rəhbəri vəzifəsinə YENİ TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsinin icrası Kənan Quluzadəyə tapşırılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.
Nağıyevin müvafiq əmri ilə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Aparat rəhbəri vəzifəsini də icra edəcək.
Xatırladaq ki, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırıldığı bildirilib. Bu ilin mart ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nağıyevə şiddətli töhmət verilib. Hadisədən sonra qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən azad edilib.
Oxşar xəbərlər
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
"2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, Bakı metropolitenində 10 yeni stansiyanın inşası planlaşdırılır". Bu barədə BAKU.WS-in sorğusun...