Fransa qadağanı götürür: Sərhədlər açılır

Fransa qadağanı götürür: Sərhədlər açılır
Sosial 346

Avropa Birliyinə üzv və digər ölkələrdən olan vətəndaşlar iyunun 15-dən etibarən Fransa ərazisinə daxil ola biləcəklər.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa hökuməti qərar qəbul edib.

Ölkənin Xarici İşlər Nazirliyinin saytına məlumat yerləşdirilib ki, Aİ ölkələri, o cümlədən Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, İsveçrə və Vatikandan olan vətəndaşlar üçün məhdudiyyətlər aradan qaldırılıb.

Adları çəkilən ölkələrin vətəndaşları COVID-19-a yoluxmadıqlarına dair sənəd təqdim etdikdən sonra, 14 günlük karantin tətbiq olunmadan Fransa ərazisinə daxil ola biləcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər