Fitnes model Günay Arazova: "Məşqçilər pul qazanmaq üçün hər yola əl atırlar"

Fitnes model Günay Arazova: Məşqçilər pul qazanmaq üçün hər yola əl atırlar
Video
Sosial 55

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı fitnes model, kouç Günay Arazova olub.

O, fitnes sahəsindəki mövcud vəziyyətlə bağlı tənqidi fikirlərini bölüşüb.

Günay Arazova bildirib ki, təkcə sertifikat sahibi olmaq peşəkar məşqçi sayılmaq üçün yetərli deyil:

"Sertifikatla məşqçi olmaq mümkün deyil. Hazırda bu sahə elə vəziyyətə gəlib ki, məşqçilər pul qazanmaq üçün hər yola əl atırlar. Məsələn, 15 nəfəri bir qrupa salır, onların problemləri ilə fərdi maraqlanmırlar. Mənə müraciət edəndə "sizin pəhrizləriniz bahalı deyil?" deyirlər. Bu sualı eşidəndə ağlamaq istəyirəm. Mən insanlara düzgün qidalanmağı öyrədirəm. Lakin bunları "xüsusi resept" adı ilə satanlar var".

O həmçinin peşəkar idmançı olmağın şəxsi həyatına təsirlərindən bəhs edib:

"Həyatıma qarışmaq istəyənlər çoxdur. Mənimlə tanış olmaq istəyən kişilər birinci "niyə məşq edirsən?! Sənin buna ehtiyacın yoxdur" deyirlər. Bunu eşitdiyim an onlarla dialoqu kəsirəm. Çünki ətrafımdakı insanların hamısı professional idmançı olmalı və mənim kimi qidalanmalıdırlar".

Son xəbərlər