FHN: Zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Oxşar xəbərlər
Bakıda daha bir park təmir ediləcək - FOTO
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “20 yanvar” parkı məhv olmaq üzrədir. Hələ Sovet dövründə gözlliyi və ağac sıxlığı ilə fərqlənən...