FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı məktəblərdə tədbirlər keçirib

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı məktəblərdə tədbirlər keçirib
Sosial 12

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində, Nəsimi rayonu 23 və Binəqədi rayonu 157 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 18 nömrəli uşağ bağçasında, Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbində və Sumqayıt Bələdiyyəsinin 16-cı mikrorayon 51-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin nümayəndələri ilə, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa şəhəri A.Abdullayev adına 2 nömrəli və Ağstafa rayonu Saloğlu qəsəbəsi A.Nərimanov adına tam orta məktəblərində, Tovuz rayonu Z.Yusifov adına Bayramlı kənd və Düz Qırıqlı kənd 1 saylı tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu 1 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhər 4 nömrəli və Ağdaş şəhər 2 nömrəli tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112" qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Son xəbərlər