Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - 15 gün ərzində...
"Torpaq sənədləşməsi ilə bağlı yeni dəyişikliklər prosedurun sadələşdirilməsini təmin edəcək. Eyni zamanda, artıq müraciət edən şəxslərin müraciətlərinin müsbət həll olunması üçün daha geniş imkanlar yaranacaq".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, Azərbaycan dövləti mövcud qeydiyyatsız torpaq sahələrinin hüquqi statusu ilə bağlı yeni qərar qəbul etməyi planlaşdırır:
"Bu addım həm 2026-cı ilin "Memarlıq və şəhərsalma ili" elan olunması, həm də uzun illərdir formalaşmayan və yığılıb qalan reyestr problemlərinin həlli zərurətindən irəli gəlir. Qeydiyyat məsələləri müsbət həllini taparsa, bu, digər iqtisadi problemlərin aradan qaldırılmasına da ciddi təsir göstərə bilər.
Belə ki, torpağının qeydiyyatını rəsmiləşdirən şəxslər iqtisadi sistemin tamhüquqlu subyektlərinə çevriləcəklər. Onlar qeydiyyata alınmış torpaq sahələrini girov predmeti kimi istifadə edə, alqı-satqı əməliyyatlarını hüquqi müstəvidə həyata keçirə biləcəklər. Bu isə ölkədə daşınmaz əmlak bazarının daha şəffaf və sistemli formalaşmasına töhfə verəcək".
Vüqar Oruc vurğulayıb ki, yeni dəyişikliklərə əsasən, müraciətlər 15 gün müddətində ciddi şəkildə təhlil ediləcək və araşdırılacaq:
"Əgər hər hansı texniki və ya kadastr xarakterli düzəlişlərə ehtiyac olarsa, müvafiq dövlət qurumu tərəfindən bu düzəlişlər həyata keçiriləcək və qeydiyyatın təmin edilməsi üçün operativ addımlar atılacaq.
Lakin hüquqi mübahisələr, yerləşmə ilə bağlı problemlər və ya qanunvericilikdə nəzərdə tutulmuş qadağalar mövcud olduqda, bu hallarda hər hansı güzəşt tətbiq edilməyəcək. Qeyd etmək vacibdir ki, qəbul edilən qərar amnistiya xarakteri daşımır. Bu dəyişikliklər sadəcə qeydiyyat prosesinin sadələşdirilməsi, operativləşdirilməsi və mümkün qədər müsbət qərarların verilməsinə institusional dəstək mexanizmi kimi qiymətləndirilə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
İnsan ömrü boyu neçə dəfə başqasına vurula bilər? - Alimlər AÇIQLADI
ABŞ-nin İndiana ştatında yerləşən Kinsey Institute tərəfindən aparılan araşdırma göstərib ki, insan həyatında vurulmağı orta hesabla cəmi iki dəfə yaşayır. Tədq...