Evi sənədsiz olanları sevindirəcək xəbər
Aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və ölkənin digər şəhərlərində və rayon mərkəzlərində əhalinin sayına və ehtiyaclarına uyğun ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması təklif olunub.
BAKU.WS-in "Report”-a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2016-cı il üzrə illik məruzəsində qeyd edilib.
Bundan başqa, ombudsman əhalinin sayı və təlbatı nəzərə alınmaqla, ölkənin şəhər və rayonlarında yeni notariat kontorlarının və vəkillər tərəfindən hüquqi yardım göstərilən məsləhətxanaların təşkil edilməsini, ayrı-ayrı insanların mülkiyyətində və ya istifadəsində olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin müvafiq mənzillərə köçürülməsi işinin sürətləndirilməsini də təklif edib.
E.Süleymanovanın digər tövsiyəsi isə ondan ibarətdir ki, vətəndaşların mülkiyyət hüququnun reallaşması, yığılan vergilər və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlərin daxil olması, habelə vətəndaş-dövlət məmnunluğunun təmin edilməsi məqsədi ilə "Sənədsiz evlərə və onların altında olan torpaq sahələrinə mülkiyyət hüququnun tanınması haqqında” qanunun qəbul edilsin.
Eyni zamanda, yalnız gənc ailələr deyil, başqa yaş qruplarına aid olan şəxslərin də tədricən güzəştli ipoteka krediti imkanlarından yararlanması ilə bağlı mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi də təkliflər sırasında yer alıb. Həmçinin, mənzil probleminin həlli məqsədi ilə ölkə prezidentinin göstərişinə əsasən tikilən sosial mənzillərin ölkənin bütün ərazisində inşası prosesinin sürətləndirilməsi təklifi irəli sürülüb.
Qeyd edək ki, ombudsmanın illik məruzəsi Milli Məclisə təqdim olunub. Məruzənin Milli Məclisin mart ayında keçiriləcək plenar iclasında müzakirəyə və səsverməyə çıxarılacağı gözlənilir
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Nazirlik “Qafqaz” Universitetinin tələbələri ilə bağlı qərar verdi
"Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı ba...