Ombudsman cəbhəyə getdi - FOTO

Ombudsman cəbhəyə getdi - FOTO
Hadisə 1169
 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd edilir.

BAKU.WS xəbər verir ki, bu ərəfədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı respublikanın qərb bölgəsində səfərdə olub.

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb.

Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.

BAKU.WS

Oxşar xəbərlər

Zakir Həsənov ön cəbhədə - FOTO

Zakir Həsənov ön cəbhədə - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün ye...

5 Hadisə 14:02 12 may 2016

Son xəbərlər