Ev almaq və tikdirmək istəyənlər üçün VACİB XƏBƏR
Daşınmaz əmlak alışı zamanı sənədləşmə ilə bağlı problemlərlə üzləşməmək üçün bir sıra mühüm məqamlara xüsusi diqqət yetirilməlidir.
BAKU.WS-in məlumtına görə, vətəndaşların qarşılaşdığı əsas risklər əmlakın hüquqi statusunun düzgün araşdırılmaması ilə bağlıdır.
Ev alarkən və ya fərdi yaşayış evi tikərkən ilk növbədə daşınmaz əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmi qeydiyyatdan keçmiş olub-olmadığı yoxlanılmalıdır. Yalnız hüquqları tanınmış və dövlət qeydiyyatına alınmış əmlakların alınması tövsiyə olunur.
Əmlakın alqı-satqısı mütləq notarial qaydada bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Bu halda vətəndaş hüquqi baxımdan sığortalanmış olur və bir əmlakın bir neçə şəxsə satılması, yaxud satıcı tərəfindən öhdəliklərdən yayınma kimi hallar istisna edilir. Müqavilə əsasında bütün mülkiyyət hüquqları təmin edilir və dövlət qeydiyyatına alınır.
Qeyd edək ki, proses mərhələli şəkildə həyata keçirilir. Əvvəlcə əmlak "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun tələblərinə uyğun olaraq qeydiyyata alınır. Daha sonra tərəflər arasında notarial müqavilə bağlanır. Bu müqavilələr hazırda elektron qaydada, vətəndaşla məmur arasında birbaşa ünsiyyət olmadan rəsmiləşdirilir. Qanunvericiliyə əsasən, notarial müqavilə eyni zamanda rəsmi müraciət (ərizə) hesab olunur və əlavə sənəd təqdim edilməsinə ehtiyac qalmır.
Elektron sistemə daxil edilmiş müqavilələr əsasında dövlət qeydiyyatı aparılır və əmlakın özgəninkiləşdirilməsi faktı rəsmi şəkildə qeydə alınır. Bununla da alqı-satqı prosesində qarşılaşa biləcək risklər tam aradan qaldırılır.
Oxşar xəbərlər
"Qobu" stadionunda aparılan təmir işləri niyə yarımçıq qalıb?
Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən mərkəzi stadionda aparılan təmir işləri artıq iki aydır ki, yarımçıq qalıb. Bu barədə Baku TV-nin qaynar xəttinə dax...