Ermənilər Facebook-da hərəkətə keçdi - əhaliyə yalan məlumat verirlər (FOTO)
Sosial şəbəkədə ermənilərin Azərbaycan dilində fəaliyyət göstərən səhifələri təxribata əl atır.
BAKU.WS-in məlumatına görə, Hərbi Media adlı səhifə cəbhədə vəziyyətin gərginləşdiyini və cəbhə bölgəsində yerləşən bəzi ailələrin evlərini tərk etdiyi yazır. Bilərəkdən bu cür təxribat xarakterli məlumatlar yayaraq əhali arasında panika yaratmağa çalışan düşmən artıq bu yola keçib.
Qondarma rejimin məlumatlarını da Azərbaycan dilində paylaşaraq yalan informasiya yayan səhifə artıq böyük narazılığa səbəb olub. Sözügedən səhifənin təxribatlarının qarşısını almaq üçün hər bir vətəndaş da mübarizə apara bilər. Bunun üçün Hərbi Media səhifəsinə daxil olaraq şikayət etməyiniz kifayət edir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Facebook-da Azərbaycan dilində hərbi səhifə yaratdılar
Ermənilər Facebook sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar. BAKU.WS azeridefence-ə istinadən xəbər verir ki, "HƏRBİ MEDİA" adlanan səhifə...