Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur"

Emin Əmrullayev: Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur
Sosial 21

"Şagirdlər üçün avtobus xidmətinin təşkili məsələsi ictimai nəqliyyat sistemi ilə paralel şəkildə nəzərdən keçirilməlidir".

BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə həsr olunan mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, şagird avtobuslarının fəaliyyətini təmin etmək məqsədilə məktəblərin dərs saatlarının dəyişdirilməsi asan məsələ deyil.

O qeyd edib ki, valideynlərin uşaqlarını məktəbə gətirib-aparması da nəzərə alınmalı amillərdəndir.

Emin Əmrullayev bildirib ki, hazırda şagirdlər üçün xüsusi avtobus xidmətinin tətbiqi ilə bağlı yekun qərar qəbul edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər