Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, 2026–2030-cu illərdə ölkə üzrə 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında açıqlayıb.
Nazir bildirib ki, son illərdə peşə təhsilinə maraq əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2021–2025/2026-cı illər ərzində peşə təhsilinə qəbul olunanların sayında 70 faiz artım qeydə alınıb. Hazırda peşə təhsilinə cəlb olunan qadınların payı 39 faizdir.
Emin Əmrullayevin sözlərinə görə, qarşıdakı illərdə peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi də diqqətdə saxlanılacaq. 2026–2030-cu illərdə 21 yeni müəssisənin inşası ilə yanaşı, daha 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri nəzərdə tutulur.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...