Elxan Cəfərov kinolarımızın uğursuzluğundan DANIŞDI

Elxan Cəfərov kinolarımızın uğursuzluğundan DANIŞDI
Video
Sosial 112

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın qonağı rejissor Elxan Cəfərov olub. Müasir Azərbaycan kinolarının uğursuzluğundan söz açan Elxan Cəfərov bildirib ki, əgər bu sahənin inkişaf etməsini istəyiriksə, filmlərin istehsalat sistemi beynəlxalq səviyyəyə uyğun olmalıdır.

"Sovet dövrünün Azərbaycan kinosu 200 milyonluq auditoriya üçün nəzərdə tutulurdu. Həmin dövrdə alkoqoldan, tütündən gələn gəlirlərin böyük hissəsi kinematoqrafiyaya yönəldilirdi. Kinematoqraflar da həmin pulu 5-10 dəfə artıraraq yenidən büdcəyə qaytarırdılar. Hazırda Özbəkistan, Qazaxıstan kinosu bizdən daha öndədir. Qırğızıstan ildə 43 film çəkirsə, onların 3-5-i beynəlxalq səviyyəyə çıxır. Azərbaycan kinosunun da beynəlxalq səviyyəyə çıxması üçün onun istehsalat sistemi buna uyğun olmalıdır. Eyni zamanda, dünyaya çıxış ancaq milli faktorla ola bilər. Avropaya Avropa kinosu təqdim etməklə maraq yarada bilmərik. Onlara bilmədikləri mədəniyyətlər daha maraqlıdır", - deyə o, sözlərinə əlavə edib.

Rejissor həmçinin "Dolu" filminin çəkilişləri zamanı yaşadıqları çətinliklərdən, kino sahəsinə olan sevgisindən bəhs edib:

"Dünyaya gözümü açandan bəri ilk bəyəndiyim film "Yeddi oğul istərəm" olub. "Dolu"nun da axırıncı epizodunda həmin filmin sonluğundan bəhrələnmişəm. Filmdə tank döyüşləri olan səhnələri Şəmkir rayonunda çəkirdik. Orada ilk çəkiliş günündən sonra hərbçilər bizə "elə bilirdik ki, ən çətin peşə bizimkidir, sən demə, sizin işiniz daha ağırdır, zülüm çəkirsiniz" dedilər. Amma bu işin içində özümüzü zülümdə hiss etmirik. Çünki sahəmizi sevirik".

Ətraflı süjetdə:

Oxşar xəbərlər

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"2025-2026-cı tədris ilindən etibarən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Nazirin sözlə...

141 Sosial 23:55 15 aprel 2025

Son xəbərlər