Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bundan başqa, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə sədr müavini, Gənclərin Maarifləndirilməsinə Dəstək İB-in sədri Aynurə Salmanlı isə Şuranın katibi seçilib.
İclasın növbəti mərhələsində Şuranın reqlamenti və təsis edilməsi planlaşdırılan komitələrin əsasnamələri müzakirəyə çıxarılıb, həmçinin cari ay ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər Şura üzvlərinin qərarı ilə yekdilliklə təsdiqlənib.
İctimai Şuranın iclası başa çatdıqdan sonra Şura üzvləri Gənclər Təşkilatının Resurs Mərkəzinin iş prinsipi, həmçinin Resurs Mərkəzində fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının, o cümlədən Gənclər Təşkilatları Milli Şurasının komandaları ilə tanış olublar.
Oxşar xəbərlər
Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?"
"Rüşvət alan məmurla yanaşı, ona rüşvət təklif edən tərəfi də qınamalıyıq". BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məcli...