İstehlak Mallarının Ekspertizası Mərkəzinə yeni direktor təyin edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.
BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı dövlət agentliyinin sədri Elnur Bağırov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu vəzifəyə Emil Vahid oğlu Xəlilov təyin olunub.
Qeyd edək, E.Xəlilov 1985-ci ildə anadan olub.
Fotoda Emil Xəlilov
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.
2023-2024-cü illərdə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Madrid Texniki Universiteti və Milan Texniki Universiteti tərəfindən dəstəklənən "Dövlət xidmətləri üçün süni intellekt" (AI4GOV) magistr proqramının iştirakçısı olub.
Əmək fəaliyyətinə 2007-ci ildə bank sahəsində hüquqşünas olaraq başlayıb. 2008-2020-ci illərdə ölkənin müxtəlif banklarında baş hüquqşünas, şöbə müdiri və departament direktoru vəzifələrini icra edib.
2020-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
2022-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
2023-2024-cü illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2024-cü ildən cari təyinatadək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnnovasiya və Təchizat Mərkəzinin Hüquq, İnsan resursları və Sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.
Ailəlidir, 3 övladı var.
Oxşar xəbərlər
Dövlət strateji investisiyaları milli maraqların qorunması üçün ala biləcək
İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsası müəyyən edilir. BAKU.WS "Report"a istinadən xəbər verir ki,, bununla bağlı "İnvestisiya fəaliyyəti haqqı...